"Qarabağ FK" bu gün Polşaya gedir

29 Sentyabr 2020 13:29

Avropa Liqasının pley-off mərhələsində səfərdə "Legiya" ilə qarşılaşacaq "Qarabağ" bu gün Polşaya yola düşəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, səfər proqramında dəyişiklik olmayıb və  komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya gedəcək.

Qeyd edək ki, oktyabrın 1-i keçiriləcək "Legiya" - "Qarabağ" oyunnu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az