Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutub

29 Sentyabr 2020 11:36

Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Milli.Az APA-ya istinadən bildirir ki, ermənilərin atdığı çoxsaylı mərmilər Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış Qiyaslıdan olan məcburi köçkün Qalib Babayevin yaşadığı evə düşüb.

Nəticədə ev dağılıb, ciddi ziyan dəyib.

Milli.Az