Müdafiə Nazirliyi: “Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib”

29 Sentyabr 2020 11:10

Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının sözlərinə görə, bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin "Uraqan" yaylım atəş sistemini məhv edib.

Milli.Az