Qırğızıstanın sabiq baş naziri: "Heç kimin BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur"

29 Sentyabr 2020 12:34

Heç kimin BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur.

Milli.Az bildirir ki, bunu Trend-ə Qırğızıstanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Coomart Otorbayev deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycan ərazilərinin qanunsuz işğalı problemini həll edə bilmir:

"BMT öz nüfuzunu bərpa etmək və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirmək üçün müdaxilə etməlidir".

Milli.Az