"Liverpul" "Arsenal" üzərində qəbələ qazandı

29 Sentyabr 2020 08:03

Futbol üzrə İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Liverpul" London təmsilçisi "Arsenal"ı qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Liverpul" rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Meydan sahibinin heyətində qolları Sadio Mane (28), Endryu Robertson (34) və Dioqu Jota (88), qonaqların heyətində isə yeganə qolu Aleksandr Lyakazett (25) vurub.

Qeyd edək ki, "Liverpul" İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk 3 turunda qələbə qazanıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

Milli.Az