Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir

29 Sentyabr 2020 07:35

Yaxın günlərdə yeni növ koronavirusa (COVİD-19) yoluxan ABŞ vətəndaşlarının sayı artacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ vitse-prezidenti Mayk Pens deyib.

M.Pens bildirib: "Orta Qərbin 10 ştatında yeni növ koronavirus testlərinin müsbət nəticələrinin artması <...> və testlərin aparılmasında əldə olunan irəliləyiş <...> onu göstərir ki, Amerika ictimaiyyəti yaxın günlərdə yoluxma sayının artacağını gözləməlidir".

Milli.Az