Milli Məclisin sədri Ravza Kavakçı ilə Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib

28 Sentyabr 2020 23:00

Milli Məclisin sədri Sahibə Qafarova ilə Türkiyənin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı arasında telefon danışığı olub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, sentybarın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatlar müzakirə edilib.

Milli.Az