Ərdoğan Azərbaycana dəstək verən Türkiyənin parlamentdəki siyasi partiyalarına təşəkkür edib

28 Sentyabr 2020 22:55

Azərbaycana səmimi və güclü dəstək verdiyi üçün Qazi Məclisimizi səmimi qəlbdən təbrik edirəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" sosial şəbəkə hesabında yazıb.

Prezident Rəcəb Tayyib Ərdoğan yazıb: "Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu güclü bir şəkildə təsdiq edən bu ortaq açıqlamada imzası olan siyasi partiyalarımıza şəxsən öz adımdan və millətimiz adından təşəkkür edirəm".

Milli.Az