Ermənistan kişilərin ölkədən çıxmasını məhdudlaşdırdı

28 Sentyabr 2020 22:44

Ermənistan hakimiyyəti kişilərin ölkədən çıxmasını məhdudlaşdırıb.

Trend-in "Nation News"a istinadən verdiyi məlumata görə, artıq 18-55 yaş arasındakı kişilər respublikadan yalnız hərbi komissarlığın icazəsi ilə çıxa biləcəklər.

Bildirilir ki, bunun üçün onlar ərazi hərbi komissarlıqlarından yazılı təsdiq almalıdırlar.

Milli.Az