Sahibə Qafarova ilə Pakistan Senatının sədri arasında telefon danışığı olub

28 Sentyabr 2020 21:50

Milli Məclisin sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub.

Milli.Az bildirir ki, telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlar müzakirə edilib.

Milli.Az