Bakı və daha 21 şəhər-rayonda komendant saatı başlayıb

28 Sentyabr 2020 21:14

Sentyabrın 28-i saat 21:00-da Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında komendant saatı başlayıb.

Milli.Az bildirir ki, komendant saatı sentyabrın 29-u saat 06:00-dək davam edəcək.

Milli.Az