Ermənilər Goranboyu atəşə tutdu - Müdafiə Nazirliyi

28 Sentyabr 2020 19:25

Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik bildirib.

Onun sözlərinə görə, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib: "Kənd sakinləri arasında itki yoxdur".

V. Dərgahlı bildirib ki, düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Milli.Az