Aİ regiondakı iştirakçıları Dağlıq Qarabağ münaqişəsinə xarici müdaxilənin qarşısını almağa çağırır

28 Sentyabr 2020 20:25

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişə zonasında bütün iştirakçıları deeskalasiyaya kömək etməyə və münaqişəyə xarici müdaxilənin qarşısını almağa çağırır.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano brifinq zamanı deyib.

O bildirib: "Biz regiondakı bütün iştirakçıları Dağlıq Qarabağ münaqişəsinə xarici müdaxilənin istənilən formasından qaçmağı çağırırıq".

Milli.Az