Peskov: "Bütün tərəflər maksimum təmkinli olmalıdır"

28 Sentyabr 2020 18:26

Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Kreml bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib: "Hazırda biz tərəfləri maksimum təmkinli olmağa, hərbi üsullardan imtina etməyə, eləcə də hərbi toqquşma mərhələsində vəziyyəti daha da gərginləşdirəcək bütün addımlardan imtina etməyə çağırırıq".

Milli.Az