Almaniya millisində və “Real”da ciddi itki

28 Sentyabr 2020 19:52

"Real"ın La Liqanın 3-cü turunda "Betis"lə matçda (3:2) zədələnən futbolçusu Toni Kroosun durumuna aydınlıq gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda "kral klubu"nun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin sağ bud əzələsində dartılma aşkarlandığı bildirilib. Buna görə də Almaniya millisinin də üzvü olan oyunçu 10 - 14 gün yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Kross Almaniya yığmasının oktyabrın 7-də Türkiyə ilə yoldaşlıq görüşündə və oktyabrın 10-da UEFA Millətlər Liqasının 3-cü turunda Ukrayna ilə matçda iştirak etməyəcək.

Milli.Az