Cəbhədən daha bir VİDEO yayıldı - Düşmənin artilleriya bölmələrinə zərbələr endirilir - VİDEO

28 Sentyabr 2020 16:11

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Milli.Az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Milli.Az