Virusa yoluxmuş şəxslərə ŞAD XƏBƏR

28 Sentyabr 2020 23:50

COVID-19 peyvəndi virusa yoluxanlarda daha sürətli nəticə verir.

Milli.Az xəbər verir ki, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Qintsburq deyib.

Dünyada ilk qeydiyyata alınan peyvəndi ("Sputnik V") hazırlayan mərkəzin rəhbəri bildirib ki, COVID-19-dan sağalan xəstələrdə virusa qarşı antitel sağlam insanlardakından daha tez zamanda əmələ gəlir.

Onun sözlərinə görə, peyvənd uşaqlara burundan inyeksiya oluna bilər: "Peyvənd uşaqlar üzərində sınaqdan keçirilməyə başlandığında böyük ehtimalla bu metoddan istifadə edəcəyik".

Bu arada, Qintsburq açıqlamasında peyvəndin hazırlanması əsnasında mərkəzin hakerlər tərəfindən hücuma məruz qaldığını da qeyd edib. (publika.az)

Milli.Az