Sahibə Qafarovanın ATƏT PA Prezidenti ilə telefon danışığı olub

28 Sentyabr 2020 22:15

Milli Məclisin sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.

Milli.Az