Hülya Avşar ada aldı - FOTO

28 Sentyabr 2020 15:06

Türkiyəli məşhur aktrisa Hülya Avşar Ayvalık bölgəsində yerləşən Çiçək adasını alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Aktrisa ada üçün 55 milyon türk lirəsi (təxminən 12.2 milyon manat) ödəyib.

H.Avşarın aldığı adada malikanə və tennis kortlarının, həmçinin, müxtəlif idman meydançalarının olacağı qeyd olunur.

Aktrisa adanın memarlıq işlərini qızı Zəhra Çilingiroğluna əmanət edib.

Milli.Az