Qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi Fransa Senatının gündəliyinə daxil edilməyib

29 Dekabr 2011 11:43
Qondarma "erməni soyqırımı"nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi təsdiqlənmək üçün Fransa Senatının gündəliyinə daxil edilməmişdir.

AzərTAc xəbər verir ki, bu barədə "Le Figaro" qəzetinə Xalq Hərəkatı Uğrunda İttifaqından senator Roje Karuçi bildirmişdir.

Senator demişdir: "Məndə olan proqrama əsasən deyə bilərəm ki, adıçəkilən qanun layihəsi fevralın əvvəllərinə kimi Senatın gündəliyinə daxil edilməmişdir. Əgər qanun layihəsi yanvarın sonunadək Senatın gündəliyinə daxil edilməsə, qəbul olunmamış sayılacaqdır. Çünki parlament prezident seçkiləri ilə əlaqədar öz fəaliyyətini fevralın sonu, martın əvvəllərində dayandıracaqdır".

Milli.Az