Müdafiə Nazirliyi saytındakı texniki problemlərin səbəbini açıqladı

27 Sentyabr 2020 18:12

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, buna baxmayaraq, mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.

Milli.Az