Ukrayna XİN Dağlıq Qarabağla bağlı bəyanat yaydı

27 Sentyabr 2020 15:40

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ilə bağlı bəyanat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bəyanatda Ukrayna XİN-in Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsindən narahatlığı ifadə olunur.

Nazirlik tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün dialoqa qayıtmağa çağırıb.

Ukrayna XİN həmçinin həlak olanların yaxınlarına başsağlığı verib.

Milli.Az