Avropa İttifaqı Şurasının rəhbəri Dağlıq Qarabağda atəşi dayandırmağa çağırdı

27 Sentyabr 2020 14:49

Dağlıq Qarabağda tərəflər dərhal hərbi əməliyyatları dayandırmalı və danışıqlara qayıtmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, qeyd-şərtsiz danışıqları bərpa etmək irəliyə doğru yeganə addımdır.

Milli.Az