Minsk qrupu Dağlıq Qarabağda əməliyyatları dayandırmağa çağırdı

27 Sentyabr 2020 14:37

ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in rəsmi saytına istinadən məlumat verir.

Bəyanatda qeyd olunur ki, həmsədrlər tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırır.

Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişə zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlara dair məlumatlardan narahatlıq ifadə olunub:

"Biz güc tətbiqini pisləyir və mülki şəxslər də daxil olmaqla insan itkisindən təəssüfümüzü bildiririk. Həmsədrlər tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırır və münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını bəyan edirlər".

Milli.Az