KTMT işğal olunmuş Qarabağda döyüşlərlə bağlı bəyanat yaydı

27 Sentyabr 2020 14:34

Ermənistan Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimr Zaynetdinov deyib.

O bildirib ki, təşkiilat münaqişənin sülh yolu tənzimlənməsinin tərəfdarıdır:

"Hal-hazıra Ermənisanın KTMT katibliyinə müraciəti daxil olmayıb. Biz hər zaman münaqişənin sülh yolu tənzimlənməsinin tərəfdarı olmuşuq. Dağlıq Qarabağda münaqişənin tənzimlənməsinin beynəxalq səviyyədə tanınmış mexanizmi ATƏT Minsk qrupudur".

Milli.Az