Litva və Latviya XİN rəhbərlərindən Qarabağ döyüşlərinə REAKSİYA

27 Sentyabr 2020 13:20

Litva və Latviyanın Xarici işlər nazirləri Linas Linkyaviçyus və Edqars Rinkeviçs Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar narahatlıqlarını ifadə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirlər öz "Twitter" səhifələrində yazıb.

Litvalı nazir iki ölkə həyəcanlı hadisələri diqqətlə izlədiklərini yazıb: "Mən qətiyyətlə gərginliyin azaldılmasına çağırıram. Sülh yolu yeganə mümkün həll yoludur".

Latviya Xarici işlər naziri də Dağlıq Qarabağda qoşunların təmas xəttində həyəcan doğuran hadisələrin baş verdiyini vurğulayıb: "Mən Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa və mövcud vəziyyəti siyasi dialoq yolu ilə tənzimləməyə çağırıram".

Milli.Az