Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi - FOTO

27 Sentyabr 2020 10:43

Erməni silahlı bölmələrinin Ağdam rayonu istiqamətində aşdığı atəş nəticəsində mülki şəxs yaralanıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, mərmi atəşi nəticəsində rayonun Qaradağlı kənd sakini, 59 yaşlı Bəykişi Zeynalov qəlpə yaraları alıb.

O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.

Milli.Az