Kante "İnter"ə keçməyə razılıq verib

27 Sentyabr 2020 08:51

İngiltərənin "Çelsi" futbol klubunun fransız yarımmüdafiəçisi N'Qolo Kante İtaliyanın "Inter" klubuna keçməyə razılıq verib.

Trend-in məlumatına görə, bu barədə "Daily Mail" qəzeti bildirib.

Məlumata əsasən, 25 yaşlı fransız futbolçunun transferi "İnter"ə 50 milyon avroya başa gələcək.

Transferi həyata keçirmək üçün İtaliya komandasına bir neçə oyunçusunu satması lazım olduğu qeyd edilib.

Milli.Az