İstanbulda meşə yanğını baş verib

26 Sentyabr 2020 22:42

İstanbulda meşə sahəsində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Beykoz rayonunda baş verib. Yanğın briqadaları və Regional Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Bölgəyə yanğın söndürmə helikopteri da göndərilib. Daha sonra yanğın söndürülüb.

Milli.Az