Ağsuda avtomobil aşdı: ölən var

26 Sentyabr 2020 18:52

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Çaparlı kəndi ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini, 1973-cü il təvəllüdlü Şirinov Qərib Fərman oğlu idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az