Nəvahidə ağır qəza: minik avtomobili betonqarışdıran maşınla toqquşdu - Yaralılar var - FOTO

26 Sentyabr 2020 18:45

Hacıqabulda minik avtomobili betonqarışdıran maşınla toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Təmir olunan yolda "Opel" markalı avtomobil idarəetməni itirərək betonqarışdıran maşınla toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az