İxtisas seçimi başa çatdı

26 Sentyabr 2020 15:25

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, ixtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi - 32) öz ərizəsini təsdiqləyib.

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

Milli.Az