Rusiya klubunun 12 futbolçusu koronavirusa yoluxdu

26 Sentyabr 2020 17:06

Rusiya Milli Futbol Liqasının 12-ci turunda keçiriləcək "Tom" - "Şinnik°matçı təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb "Şinnik"in 12 futbolçusunun koronavirusa yoluxmasıdır. Yaroslavl təmsilçisinin bütün heyəti iki həftəlik karantinə alınıb.

Bildirilir ki, sentyabrın 27-sində keçirilməli olan lakin təxirə salınan matçın taleyi ilə bağlı son qərarı Rusiya Futbol İttifaqı verəcək.

Milli.Az