"Təhqir edəni tapıb gətirib üzr istətdim"

26 Sentyabr 2020 16:35

Müğənni Aslan Hüseynov sosial şəbəkə ilə bağlı başına gələn hadisəni açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Xəbər-ətər" proqramında İnstaqramda ünvanına yazılan təhqirlərdən danışıb. O bildirib ki, söyüş yazan istifadəçini polisə şikayət edir:

"Bir dəfə də məni təhqir edəni tapıb gətirtdim. Valideynlərinə qədər gətirdilər. Salyanda yaşayırdılar. Şəxsiyyətimə toxunan sözlər yazmışdı. Gəlib üzr istədi. Kimsə təhqir edərsə, bütün iş-gücümü atıb onu tapmaqla məşğul olaram".

Milli.Az