Suares “Atletiko”da nömrə seçimini etdi - FOTO

26 Sentyabr 2020 16:27

"Barselona"dan "Atletiko"ya transfer olunan Luis Suares forma nömrəsini seçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu 9 nömrəli forma ilə çıxış edəcək.

Uruqvaylı oyunçuyadək 9 nömrəli formanı "Yuventus"a keçən Alvaro Morata geyinirdi.

Qeyd edək ki, "Atletiko" Suareslə 2 illik müqavilə imzalayıb.

Milli.Az