Bakının mərkəzində avtomobil mağazaya çırpıldı - FOTO

26 Sentyabr 2020 14:38

Bakıda avtomobil mağazaya çırpılıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, 28 may küçəsi və Azadlıq prospektinin kəsişməsində "Mersedes" və "Toyota Prius" markalı avtomobillər toqquşub.

Nəticədə "Toyota Prius" avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazanın girişinə çırpılıb. 

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, sürücülər xəsarət almayıb. 

Milli.Az