Evə girən oğrular ər-arvadı bıçaqlandılar

26 Sentyabr 2020 09:45

Göygöl rayonunda evə girən oğrular ər və arvadı bıçaqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hadisə Qızılqaya qəsəbəsindəki evlərdən birində qeydə alınıb. Mənzilə girən oğrular ev sahibi - 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı, 1969-cu il təvəllüdlü Əliyeva İradə Faiq qızına bir neçə bıçaq xəsarəti yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, evə girən oğrular 2-3 nəfər olublar. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az