Bakıda kafedə yanğın baş verib - FOTO

26 Sentyabr 2020 08:18

Bakının Nəsimi rayonunda kafedə yanğın qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində yerləşən kafedə baş verib.

İaşə obyektinin mətbəxində əvvəlcə tüstülənmə müşahidə olunub. Daha sonra mətbəxdəki avadanlıq yanıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb. Vaxtında edilən müdaxilə nəticəsində yanğın iaşə obyektinin mətbəxindən kənara keçməyib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Milli.Az