"İnter"dən "Sampdoriya"ya

26 Sentyabr 2020 08:08

"İnter" futbolçusu Antonio Kandreva  karyerasını "Sampdoriya"da davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Genuya təmsilçisində icarə əsasında çıxış edəcək.

Razılaşmaya əsasən, genuyalılar sonradan futbolçunu 3 milyon avroya transfer edə bilər. Onun müqaviləsi ümumilikdə 4 ili əhatə edir.

Qeyd edək ki, "İnter"də 151 matç keçirən Kandreva 18 qol vurub.

Milli.Az