Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi dayandırılır

26 Sentyabr 2020 07:05

Həftəsonu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 26 sentyabr gecə 00:00-dan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

İctimai nəqliyyat sentyabrın 28-i səhər saat 06:00-da yenidən fəaliyyətlərini bərpa edəcək.

Milli.Az