Linkedin sosial şəbəkəsi 5 ildən sonra dizaynını yenilədi

29 Sentyabr 2020 08:51

Dünən axşam saatlarında Linkedin platforması rəsmi blogunda 5 ildən sonra dizaynını yeniləməsi haqqında ictimaiyyətə məlumat açıqlamışdı.
Milli.Az techland.az-a istinadən bildirir ki, platformadan hazırda 700 milliyondan çox peşəkarlar istifadə edir. Bu platforma pandemiya zamanı iqtisadi çətinliklərə baxmayaraq insanların iş tapmasına vasitəçi olur, müxtəlif istiqamətlər üzrə mütəxəssislər öz biliklərini və maraqlı keyslərini bölüşürlər.
Dizaynın yenilənməsi ilə platformaya müxtəlif illustrasiyalar əlavə edilmişdir. İllustrasiyalar insanların iş yerlərini, etnik bağlılıqını, müxtəlif bacarıqlarını əks etdirir.

Yenilənmiş dizayn həm mobil həm də veb versiyada yaxın günlərdə hər kəs üçün əlçatan olacaq.

Milli.Az