Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 25 nəfər ölüb - YENİLƏNİB - VİDEO - FOTO

26 Sentyabr 2020 07:20

07:20

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu "An-26" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarənin göyərtəsində 27 nəfər olub. İnsident nəticəsində onlardan 25 nəfəri dünyasını dəyişib.

Xarkov vilayəti yaxınlığında göyərtəsində kursantların olduğu hərbi təyyarənin qəzaya uğramasından sonra Baş Prokurorluq tərəfindən "uçuş qaydalarının və ona hazırlığın pozulması" maddəsi ilə cinayət işi başlanılıb.

"Bu dəqiqəyə olan məlumata görə, aviaqəza zamanı 25 nəfər ölüb, 2 yaralı ağır vəziyyətdə tibb müəssisələrinə aparılıb, qalanlarının axtarışı davam edir", - deyə Baş Prokurorluqdan yayılan məlumatda qeyd olunub.

XXX

00:27

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu "An-26" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının mətbuar xidmətindən bildiriblər.

Məlumata əsasən, təyyarənin göyərtəsində 28 nəfər olub. Qəza nəticəsində 22 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, daha 4 nəfərin axtarışları davam etdirilir.

25.09.2020

23:55

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu An-26" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının mətbuar xidmətindən bildiriblər.

Məlumata əsasən, təyyarənin göyərtəsində 18 kursant və 5 heyət üzvü olub. Qəza nəticəsində 20 nəfər həlak olub.

Fövqəladə Hallar üzrə Dövlət Xidməti, öz növbəsində, 22 nəfərin öldüyünü açıqlayıb.

----------

22:55

Ukraynanın Xarkov vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar var. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyib.

Bildirilir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində kursantlar olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az