Yük avtomobili yanıb

25 Sentyabr 2020 22:49

Ucar rayonunun Qaracallı kəndində "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az