Britaniyada koronavirusa ən yüksək gündəlik yoluxma halı qeydə alınıb

25 Sentyabr 2020 22:20

Böyük Britaniyada yeni növ koronavirusa gündəlik yoluxma hallarının sayı 6874 təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək gündəlik göstəricidir. Həmçinin gün ərzində 34 nəfər bu virusun qurbanına çevrilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəlki gün ərzində 6634 nəfərə COVID-19 diaqnozu qoyulmuşdu ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstərici hesab olunurdu.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 423 236 nəfərdir, 41 936 nəfər isə bu virusun qurbanı olub.

Milli.Az