Türkiyəli müğənni Sinan Akçıl prodüser Armağan Çağlayanın "YouTube" layihəsində qonaq olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şorgöz olduğunu etiraf edib:
"Şorgözəm, bu bizdə genetikdir. Sonuncu münasibətimə kimi belə idim. İlk dəfədir ki, yalnız bir qadınla münasibətim var. Əvvəllər belə deyildim".
Qeyd edək ki, S.Akçıl hazırda aktrisa Burcu Kıratlı ilə sevgilidir.
Milli.Az