ATU-ya yeni prorektor təyin edilib

25 Sentyabr 2020 18:31

Azərbaycan Tibb Universitetində (ATU) rəhbər vəzifəyə təyinat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.

Milli.Az