TƏBİB-də kadr təyinatı olub

25 Sentyabr 2020 18:21

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr təyinatı olub.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, Akif İrzaxan oğlu Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Tibb üzrə elmlər doktoru, professor Akif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı ilə "Əməkdar müəllim" adına layiq görülüb.

Bundan öncə, 2005 - 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışmışdır.

Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.

Milli.Az