Qəza nəticəsində VAZ iki yerə parçalandı - FOTO

25 Sentyabr 2020 17:47

Goranboyda avtomobil toqquşmadan sonra parçalanıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hadisə Goranboy-Tərtər yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ 2106" və "VAZ 21 012" markalı minik maşınları toqquşub. 

Hadisə nəticəsində iki nəfər - Səfiyarzad Səfiyar və Rafiq Mehdiyev xəsarət alaraq, Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı "VAZ 2106" markalı avtomobil iki hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az