Selfi çəkmək üçün görün NƏ ETDİ - VİDEO

28 Sentyabr 2020 23:25

Vəhşi heyvanlarla şəkil çəkdirmək istəyən içkili şəxs şirlərin qəfəsinə girib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, RBK bununla bağlı kadrları təqdim edib.

Məlumata görə, hadisə Ukraynanın Odessa şəhərində qeydə alınıb.

Bioparkın əməkdaşı kişini görən kimi mühafizəçilərə xəbər verib. Kadrlarda polis əməkdaşının kişiyə yaxınlaşdığı, onun isə selfi çəkdiyi görünür. Hüquq mühafizəçiləri içkili şəxsi çıxarmaq üçün güc tətbiq etmək məcburiyyətində qalıblar.

Milli.Az