Onlarla balina ölü tapıldı - VİDEO

25 Sentyabr 2020 23:15

Avstraliyanın Tasmaniya adasında 25 balina ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xüsusi mühafizə işçiləri ucqar buxtada sıxışan daha 250 balinanı xilas etməyə çalışırlar.

Hadisə yerində polis və mütəxəssislərişləyir.

Tasmaniyada belə kütləvi hal uzun müddətdir müşahidə olunmur. Könüllülərin işə cəlb edilməsi planlaşdırılır.

Milli.Az